Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Bu barədə DSX-dan məlumat verilib. Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i Türkiyə vətəndaşı olub.İran İslam Respublikasından 2 …
Read More »Yearly Archives: 2025
Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edirlər. Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verib.
Read More »Ermənistanda prokurorluq keçmiş baş qərargah rəisindən 11 milyon dollar ödəməyi tələb edir
Ermənistan baş prokurorluğu məhkəmə qarşısında silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Movses Akopyanın və raket qoşunları və artilleriya idarəsinin keçmiş rəisi Armen Arutyunyanın 4,5 milyard dram (təxminən 11 milyon dollar) ödəmələri iddiasını qaldırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Nəzarət qurumu bu vəsaitlərin mənşəyini qanunsuz hesab edir. Bundan əlavə, 9 il əvvəl Akopyanın Baş Qərargaha rəhbərlik etdiyi …
Read More »Lənkəranın icra başçısının ifadəsi ona sui-qəsd cəhdi ilə bağlı keçirilən məhkəmədə elan olunub
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Taleh Qaraşovun vəkili prosesdə iştirak edib. Vəkil deyib ki, müvvəkilinin təqsirləndirilən şəxsə qarşı hər hansı bir maddi tələbi yoxdur, amma şikayəti yerində qalır. Proses zamanı icra başçısının …
Read More »Azərbaycan Ordusunun Aprel qələbəsindən 9 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 9 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər …
Read More »Xocavənddə partlayıcı qurğu aşkarlanıb
Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində sürpriz partlayıcı qurğu aşkarlanıb. Bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın …
Read More »Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar
Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları… Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir. Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir …
Read More »Sabah Bakıda 22 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 …
Read More »Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb
Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə layihəsi irəli sürülüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin deqradasiyası – mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə …
Read More »Ermənistanda keçmiş baş qərargah rəisi Rusiyadan yararsız hərbi texnika gətirməkdə ittiham olunur
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib. Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur. Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar