Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2025

İrandan Azərbaycana 26 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.  Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqram 900 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır və onun tezliklə imzalanmasına ümid edir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyi bəyanat yayıb. “KTMT Katibliyi Ermənistan Respublikası və Azərbaycan Respublikasının danışıqların başa çatması və iki ölkə arasında sülh haqqında dövlətlərarası sənədin mətninin razılaşdırılması barədə bəyanatlarını alqışlayır. Sənədin tezliklə imzalanacağına …

Read More »

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.

Read More »

Direktor: Dilçilik İnstitutunda türkologiya ixtisasını seçənlərin sayı azalır

Bu gün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin yanlış olduğunu müəyyən etməyə çalışırlar. Bu, yaxşı haldır, insanların ana dilinə marağını, sevgisini göstərir. Lakin Azərbaycan dili və türkologiya sahələrində alimlərin sayı azalır. Türkologiya sahəsində Qazaxıstan hazırda öndə gedən ölkələrdən biridir. Türkiyədə də bu sahə inkişaf edir, həmçinin Özbəkistanda və Qırğızıstanda da. Lakin Azərbaycanda olan …

Read More »

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlir – AQC sədri və rəsmiləri Daşkəndə yola düşüb 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Qiymətləndiricilərinin IV Beynəlxalq Konqresində iştirak etmək üçün Özbəkistana rəsmi səfərə yola düşüblər. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, kollektiv şəkildə Türk Dövlərləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) üzvü olan Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə baş …

Read More »

ŞKTC prezidenti Tatar: “Yeni saziş yalnız iki dövlətin əməkdaşlığı ilə mümkün ola bilər”

“Əgər 1974-cü ildən bəri Cenevrədə sülhün, etimadın və əmin-amanlığın davam etdirilməsi üçün hər hansı bir iş görüləcəksə, yeni razılaşma yalnız iki dövlətin əməkdaşlığı ilə əldə edilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar, İsveçrənin Cenevrə şəhərində Kiprlə bağlı 5+1 formatında keçiriləcək qeyri-rəsmi görüşlə bağlı danışarkən deyib. Başkent Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi …

Read More »

Türkiyəli səfir şəhid ailələri ilə görüşdü – FOTO

Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində dövlət rəsmiləri, şəhid ailələri, qazilər iştirak edib. İftar süfrəsində Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün şəhid anaları, qazilərlərlə görüşüb.Birol Akgün iftar süfrəsində iştirak edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə ana ilə görüşüb. Səfir bildirib ki, Polad Həşimov iki qardaş ölkənin qəhrəmanıdır. Birol Akgün şəhid ailələrini və …

Read More »

Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin …

Read More »

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai istintaqı tamamlanıb, …

Read More »

NK: Ermənistana hərbi yardımın əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub

Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub. “Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana …

Read More »