Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib. Boyukmillet.com xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib. D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi …
Read More »Yearly Archives: 2025
İrandan Azərbaycana 32 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci …
Read More »Sabah Bakıda 17 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir …
Read More »Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb
Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanla sərhəddə açıq ərazidə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Ermənistan tərəfindən törədilmiş yanğınla əlaqədar əraziyə dərhal Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru …
Read More »Hərbi çağırışda rüşvət ittihamına görə vəzifəli şəxlərə cinayət işi açılıb
Məlumata görə, vəzifəli şəxslər vətəndaşdan “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində 8 min manat tələb ediblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov və onunla birgə daha bir neçə vəzifəli şəxsə qarşı cinayət işi açılıb. Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bildirilir ki, Xəzər rayon idarəsinin rəisi Ramin …
Read More »Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Read More »Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq
Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” telekanalının yayımladığı süjetdə deyilir. Bildirilib ki, buradakı binalar digər yaşayış binalarından fərqlənir: “Diqqət çəkən başqa bir məqam isə odur ki, binalar çox hündür tikilməyib. Buna səbəb ərazinin seysmik zonada olmasıdır. Məhəllədə hazır yaşayış binaları olmaqla yanaşı, hazırda tikintisi davam edən binalar …
Read More »Filippin HHQ-yə məxsus qırıcının qəzaya uğraması nəticəsində iki pilot ölüb
Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “FA-50” qırıcısı ölkənin cənubundakı Bukidnon əyalətində qəzaya uğrayıb, iki pilot həlak olub. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, təyyarə üsyançılarla mübarizə ilə bağlı döyüş missiyasını yerinə yetirib. Məlumata görə, onunla əlaqə martın 4-də kəsilib və axtarış-xilasetmə əməliyyatına başlanıb. Təyyarənin qalıqları və pilotların meyitləri martın 5-də Mindanao adasındakı Kalatunqan dağlıq rayonunda tapılıb. Hərbi Hava Qüvvələrinin nümayəndəsi …
Read More »Vətəndaşlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində qətimkan tədbiri seçilib
Vətəndaşlardan rüşvət alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vəzifəli şəxsləri barəsində qətimkan tədbirləri seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və SHXÇDX birgə məlumat yayıb. Qeyd olunub ki, Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə …
Read More »ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir
ABŞ prezidenti Donald Trampla “Mar-a-Laqo” iqamətgahında özəl şam yeməyi 5 milyon dollara başa gəlir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Wired” portalı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, digər ziyarətçilərlə birlikdə Trampla şam yeməyində iştirak etmək üçün 1 milyon dollar ödəmək lazımdır. Təklif son dərəcə məhduddur və Trampla şam yeməyində iştirak üçün təsdiq ilk gələnə birinci xidmət əsasında verilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar