Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə danışıqlarda Rusiyanın yeni ərazilərinin statusu ilə bağlı danışıb. Boyukmillet.com xəbər verir ki, Kremlin sözçüsü Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın subyektinə çevrildiyini söyləyib. “Ölkəmizin konstitusiyasında qeyd olunan Rusiyanın subyektinə çevrilmiş ərazilər Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu, tamamilə danılmaz və müzakirə olunmayan faktdır”, – deyə Peskov vurğulayıb.
Read More »Yearly Archives: 2025
Rusiyada hökumət binasına qumbara atılıb
Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib. Onun sözlərinə görə, insident nəticəsində tələfat və xəsarət alan olmayıb. Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib. Qumbaranı atan şəxs saxlanılıb. Hadisənin motivləri araşdırılır.
Read More »Trampın müşaviri Kanadanı sərhəd xəttinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə çağırır
ABŞ Prezidenti Donald Trampın ticarət və sənaye məsələləri üzrə müşaviri Piter Navarro ölkə rəsmilərini kanadalı həmkarları ilə ölkələr arasında sərhədin yenidən nəzərdən keçirilməsi məsələsini müzakirə etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri mənbəyə istinadən məlumat yayıb. “Navarro Kanada-ABŞ sərhədinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib. Kanadalılar öz adamlarına ticarət nümayəndəsi və ticarət naziri postlarına Ceymison Qrir …
Read More »Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin tikintisini başa çatdırıb
Ermənistan Türkiyə ilə sərhəddə “Marqara” keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib. “Biz respublikanın baş naziri ilə həmin sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və keçid məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması siyasi məsələdir və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, – o …
Read More »Fevral ayının son gününə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi …
Read More »Azərbaycan Prezidenti Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Böyük Qurultayında partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi …
Read More »Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən proses prokurorlar ittiham aktının elanını başa çatdırıb. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ …
Read More »Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Boyukmillet.com-un məlumatına görə, fətvada deyilir: “Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının …
Read More »İsrail ordusu Livana yeni hava zərbəsi endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə yeni zərbə endirərək “Hizbullah” silahlı birləşmələrinin üzvlərindən birini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Bir qədər öncə İsrail Hərbi Hava Qüvvələri Livanın Əl-Qasra bölgəsində 4 400-cü bölməyə aid mühüm bir “Hizbullah” terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib”, – bəyanatda bildirilir. Ordu məhv edilmiş …
Read More »Dövlət informasiya ehtiyatlarına kütləvi hücumların olduğu bildirilir
Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil Azərbaycanda artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDoS (xidmətdən imtina hücumu-red.) hücumları edildiyi bildirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, kiberhücumların qarşısının alınması istiqamətində işlər aparılır. Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, hücumla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar