Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb

Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Biz Azərbaycandan sülh sazişi ilə bağlı cavab almışıq, lakin digər sahələrdə – kommunikasiyaların blokldan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır”, – o deyib.

Read More »

Xocalı soyqırımından 33 il ötür

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə …

Read More »

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun …

Read More »

Cənubi Koreya Prezidenti elan etdiyi hərbi vəziyyətə görə xalqdan üzr istəyib

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə siyasi böhrana səbəb olan hərbi vəziyyətə görə ölkə qarşısında üzr istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Parlamentdə Konstitusiya Məhkəməsində onun impiçmenti üzrə məhkəmə prosesinin yekun dinləmədə çıxış edən Prezident baş verənlərdən təəssüfləndiyini bildirib. “İlk növbədə demək istəyirəm ki, peşmanam və xalqa minnətdaram”, – o bildirib.

Read More »

SON XƏBƏR: Parlament Zelenskinin prezidentliyə davam etməsini dəstəklədi

Ukrayna Ali Radası 268 səslə Prezident Volodimir Zelenskiyə dəstək verilməsini ifadə edən bəyanatı təsdiqləyib. Səsvermə ikinci dəfə keçirilib. İclasda iştirak edən 12 parlamentari sənədə səs verməyib. Xatırladaq ki, ilk müzakirələr zamanı həmin sənəd cəmi 218 deputatın dəstəyini qazanmışdı. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynada yeni prezident seçkisinə ehtiyac olduğunu bildirir və Zelenskinin legitimliyini şübhə altına alır. Müharibə və hərbi şərtlərə …

Read More »

“Xocalı faciəsi XX əsrin qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur” -DEPUTAT

1987-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalıda baş vermiş soyqırım olmuşdur.  Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız …

Read More »

Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur

Sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Qeyd olunub ki, dəyişiklik çətin həyat şəraitində olan şəxslərə …

Read More »

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyanın cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb. Xatırladaq ki, Ruben …

Read More »

ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək

Fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və …

Read More »

Avropa liderləri Ukraynada müharibənin başlanmasının üçüncü ildönümündə Kiyevdə toplaşıb

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Kiyevə səfər ediblər. Siyasətçilərin səfəri Ukraynada hərbi əməliyyatların başlanmasının üçüncü ildönümünə təsadüf edir. Bu gün, fevralın 24-də Kiyevdə Rusiya ilə münaqişəni müzakirə etmək üçün sammit keçiriləcək. Kiyevə gəlişi ilə bağlı Ursula fon der Leyen “X” sosial şəbəkəsində paylaşım …

Read More »