Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib

ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb. “HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, – məlumatda qeyd edilib. Fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib. Hindistan …

Read More »

Simonyan Qarabağ ermənilərini tənqid edib

Ermənistan parlamentinin spikeri Dağlıq Qarabağı qarşılıq vermək üçün siyasi qərar qəbul etməməkdə günahlandırır OC Media yazır ki, parlamentin spikeri Alen Simonyan Dağlıq Qarabağ ermənilərini Azərbaycanın 2023-cü ilin sentyabrında doqquz aylıq blokadadan sonra həyata keçirdiyi son hücum zamanı müqavimət göstərməməkdə günahlandırıb. Bu açıqlama, özünü Dağlıq Qarabağ ermənisi kimi təqdim edən bir jurnalistin Simonyana evinə nə zaman qayıda biləcəyini soruşmasına cavab olaraq verildi. “Nə …

Read More »

Tramp Avropaya Ukrayna üçün ABŞ-dən silah almağa icazə verəcək

Vaşinqton administrasiyası Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerika hərbi-sənaye kompleksindən silah və digər məhsullar almağa icazə verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Belə bir icazənin olub-olmayacağı ilə bağlı suala ABŞ dövlət başçısı deyib: “Bəli, edəcəyəm”. Keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun Brüsseldə keçirilən iclasında deyib ki, gələcəkdə …

Read More »

KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Amerika və Rusiya rəsmilərinin iştirakı ilə Ukrayna münaqişəsi üzrə danışıqların keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qeyd olunub ki, görüşdə Amerika tərəfindən dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun olacağı gözlənilir. Rusiya nümayəndə heyətinin tərkibi barədə …

Read More »

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər. “Report”un Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. “Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren …

Read More »

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı …

Read More »

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. …

Read More »

İsrail ordusu HƏMAS-la Qəzza razılaşmasının pozulması halında istənilən vəziyyətə hazırdır

İsrail Ordusu HƏMAS-ın Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesini pozmaq cəhdinə qarşı yüksək hazırlıq vəziyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər naziri İsrael Katz “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “İsrail Müdafiə Ordusu HƏMAS-ın razılaşmanı pozmaq və girovların azad edilməsinə mane olmaq cəhdlərinə qarşı istənilən ssenariyə hazırdır. ABŞ Prezidenti Donald Trampa bizi dəstəklədiyinə görə təşəkkür edirəm. İnsanların tezliklə …

Read More »

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib. Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər. “33-cü …

Read More »

Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib

Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb. Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və …

Read More »