Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib. “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən dəyər ifadəsində 971 dəfə, kəmiyyət olaraq – 507 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Avstraliyadan 1 milyard 452 milyon ABŞ …

Read More »

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medal qazanıb. “Report”un məlumatına görə, Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) böyüklər arasında bürünc medala layiq görülüblər. Xanoğlan Kərimov dörd, Həmidreza Bədrialiabadi və Cavad Ağayev isə üç rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar. …

Read More »

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək

Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək. “Report”un əldə etdiyi məlumata görə, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək. Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.

Read More »

Prezident İlham Əliyev vergi forumunun iştirakçılarına müraciət edib

Bu gün Bakıda “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbiri iqtisadiyyat naziri Mikayıl Cabbarov açıq elan edib. O, Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir: Hörmətli Forum iştirakçıları, “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayır və Dövlət Vergi Xidməti işçilərini peşə …

Read More »

Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları …

Read More »

Beynəlxalq təşkilat: “Gürcü Arzusu” ölkədə insan haqları böhranı yaradır

”Hökumətin belə hərəkətləri avtokratik rejimin qurulmasının sütununu təşkil edir” ”Human Rights Watch” təmsilçisi “Gürcü Arzusu”nun insan haqları böhranı yaratmağa çalışdığını iddia edir. OC Media yazır ki, ”Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə müavini Reyçıl Denber hakimiyyətin Gürcü Arzusu partiyasının ölkədə insan hüquqları böhranı yaratmağa çalışdığını bildirib. Denber cümə günü VOA ilə müsahibəsində keçən il ərzində Gürcüstanda baş verən hadisələr, nümayişlər, …

Read More »

Ermənistan parlamenti Avropa İttifaqına üzv olmanın lehinə səs verib

“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.Layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.Hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri sənədin lehinə səs veriblər.Müxalif “Ermənistan” Partiyası səsvermədə iştirak etməyib. Digər müxalifət fraksiyasından “Mənim şərəfim var” Partiyası …

Read More »

İntensiv yağış və qar yağacaq, temperatur 4 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində …

Read More »

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu öldürüb

Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, İraqın şimalında Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb. Məlumatda antiterror əməliyyatlarının davam etdirildiyi vurğulanıb.

Read More »