Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Türkiyə partiyası Trampın bəyanatlarına görə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib

Türkiyənin “Vatan” partiyası ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində olması ilə bağlı bəyanatından sonra ABŞ-nin Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu barədə Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir. “ABŞ-nin Qəzza ilə bağlı planları Böyük Kürdüstanın yaradılması üzrə böyük layihənin bir hissəsidir. Əgər biz Fələstinin dostlarıyıqsa, konkret addımlar atmalıyıq”, – partiya sədrinin müavini Utku Reyhan müraciətində bildirib. Siyasətçi …

Read More »

Harutyunyan Bakıdakı məhkəmədə Paşinyanın yalanını ifşa edib

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb. Boyukmillet.com xəbər verir ki, bunu o, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib. “Nəzərə alsaq …

Read More »

“MƏHKƏMƏYƏ VERSİNLƏR…” – Nazir saxta qəbul qalmaqalına görə UNEC-in diplom ala bilməyən məzunlarına mersaj verdi

Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməməsi haqda sualı cavablandırıb. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib. Nair qeyd edib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır: “Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu …

Read More »

AQC UQC ilə əməkdaşlıq haqqında saziş imzaladı

AQC UQC ilə əməkdaşlıq haqqında saziş imzaladıAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Ukrayna Qiymətləndiricilər Cəmiyyəti (UTO) arasında qarşılıqlı əməkdaşlıqla bağlı saziş imzalanıb. Sazişi AQC sədri Vüqar Oruc və UTO sədri İrina İvanova imzalayıb. Sazişin məqsədi qiymətləndirmə fəaliyyətində hər iki təşkilatın üzvlərinin peşəkar maraqlarına yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, tərəflər arasında uzunmüddətli, səmərəli əməkdaşlığın inkişafıdır.  Sənədə əsasən, tərəflər qiymətləndirmə fəaliyyətlərində peşəkar qarşılıqlı faydalı …

Read More »

Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib – EKSKLÜZİV

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Bu barədə “Report”a məlumatlı mənbələrdən bildirilib. Daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl …

Read More »

Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. Boyukmillet.com bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, …

Read More »

Ombudsman: Ermənistan 30 ildən çoxdur itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmir

Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyən olunmasına münasibətində qeyd edilib. …

Read More »

Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib

Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəni Milli Məclisə təqdim edib. Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məruzənin müzakirəsinin vaxtı parlament tərəfindən təyin olunacaq. Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə …

Read More »

Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub – RƏSMİ

Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda su basmış yerləri …

Read More »

ABŞ Prezidenti BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq barədə fərman imzalayıb

ABŞ Trampın birinci prezidentlik müddətində də Şuradan çıxmışdı ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (UNHRC) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə fərman imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “ABŞ İkinci Dünya müharibəsindən sonra gələcək qlobal münaqişələrin qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyin təşviqi məqsədilə BMT-nin yaradılmasına kömək …

Read More »