Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Bu barədə AZAL-a istinadən xəbər verir. Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt …

Read More »

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib

Nazirlər Kabinetinin üç qərarı ləğv edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb. Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 …

Read More »

Balakəndə 33 kiloqram narkotikin satışının qarşısı alınıb

Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə …

Read More »

Aİ liderləri ABŞ ilə münasibətləri və qurumun müdafiəsini müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, hibrid və kiber təhdidlərə, həmçinin Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq İttifaqın müdafiəsinin gücləndirilməsi və ona ayrılan xərclərin artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə ötən gün Brüsseldə …

Read More »

DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum …

Read More »

Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq – RƏY

Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq: “Məsələn, hesab edirəm ki, bu, …

Read More »

Qətərin Baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsinə dair danışıqlara çağırıb

Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara çağırıb. Boyukmillet.com xəbər verir ki, bunu o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. “Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik. …

Read More »

NATO Baş katibi müharibəyə hazırlığa çağırıb

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib. M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. …

Read More »

ABŞ Kanadaya ciddi xəbərdarlıq edib

Ottava cavab tədbirləri görərsə, ABŞ səlahiyyətliləri Kanadadan gələn mallara tarifləri artıra və ya genişləndirə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Əgər Ottava Amerikanın Kanadaya ixrac etdiyi mallara tariflər tətbiq etməklə və ya buna bənzər tədbirlərlə Vaşinqtona qarşı cavab tədbirləri görsə, Prezident Donald Tramp tətbiq etdiyi rüsumların əhatəsini artıra və ya genişləndirə bilər”, – sənəddə …

Read More »

Kaliforniyada neft zavodunda partlayış baş verib, xəsarət alanlar var

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb. Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib. Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı …

Read More »