Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilib ki, son klubu “Şamaxı” olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Qeyd edək ki, Adil Nağıyev bir matçda Azərbaycanın əsas millisinin formasını geyinib.

Read More »

Sumqayıtda əməliyyat: 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Sumqayıtda 14 kiloqram heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb. Ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, …

Read More »

İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar. Boyukmillet.com. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Onlar ticarət dövriyyəsi vergisinin artırılmasına qarşı etirazlarını davam etdirir və fevralın 5-də böyük mitinq keçirərək paytaxt bazarlarında işi boykot etməklə hədələyirlər. Qeyd edək ki, bundan əvvəl “Qızıl bazarı” ticarət mərkəzinin bir qrup işçisi də oxşar aksiya təşkil etmişdi.

Read More »

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Boyukmillet.com-un məlumatına görə, başsağlığında deyilir: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və …

Read More »

Gürcüstan Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb

Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib Gürcüstan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. Bu barədə jurnalistlərə  Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib. Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yaxın aylarda yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib. Qətnamə Gürcüstanda oktyabr ayında keçirilən parlament seçkiləri zamanı qeydə alınan geniş seçki pozuntularına, …

Read More »

Vaşinqtonda sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

Təyyarədə 60 sərnişin və dörd heyət üzvü, helikopterdə isə üç hərbçinin olduğu bildirilib Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub. Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib. “American Airlines”in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub. “Sikorsky …

Read More »

Keçmiş rusiyalı hakimin Azərbaycanın Hava Limanında saxlanıldığı bildirilir

Azərbaycan tərəfi Rusiyanın Baş Prokurorluğundan onun ekstradisiyası üçün rəsmi təsdiq istəyib Keçmiş Rusiya hakimi Yelena Xaxalevanın Azərbaycan hüquq mühafizə orqanları tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığı bildirilir. Rusiya mətbuatı yazır ki, Azərbaycan hakimiyyəti Yelena Xaxalevanın saxlanılması barədə Baş Prokurorluğa və Rusiya Daxili İşlər Nazirliyinə məlumat verib. Məlumatın Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiqləndiyi deyilir. Krasnodarın keçmiş hakimi olan Xaxaleva Rusiya …

Read More »

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com xəbər verir ki, toplantıda Cəmiyyətin cari il üçün büdcəsi və fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni  strukturları təsis edilib və  vəzifələrinə yeni təyinatlar təsdiqlənib.  Fərid Rüstəmov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin 1-ci müavini vəzifəsinə, Nail Həşimov AQC sədrinin müavini vəzifəsinə təyin edilib. …

Read More »

709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir. Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər. Bu siyahıda …

Read More »

Medianın İnkişafı Agentliyi daha bir saytın bloklanmasını istəyir

Baş redaktor bu addımı saytın fəlaliyyəti ilə əlaqələndirir, sifariş sayır Medianın İnkişafı Agentliyi (MEDİA) daha bir saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Agentlik “Anaxeber.info” saytının fəaliyyətinin dayandırılması ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Bu barədə Meydan TV-yə saytın baş redaktoru Azər Talıbov məlumat verib. O bildirib ki, bu gün – yanvarın 28-də Gəncə Apelyasiya Məhkəməsindən ona zəng edib …

Read More »