ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsində olduğu ilk doqquz gün ərzində rekord sayda – 38 fərman imzalayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Qeyd olunur ki, tarix boyu heç bir Amerika lideri belə etməyib. Portalın qiymətləndirmələrinə görə, Tramp prezident səlahiyyətlərini genişləndirmək məqsədilə ABŞ administrasiyasının işini yenidən qurur. Keçmiş ABŞ prezidentlərindən yalnız Cozef Bayden və Harri …
Read More »Yearly Archives: 2025
Rusiyanın “Rus Evi” mədəniyyət mərkəzi “Baku TV”-ni məhkəmə ilə hədələyir
Mərkəzin rəhbəri Yevgeni Primakov bununla bağlı yazıb Rusiyanın “Rus Evi” mədəniyyət mərkəzi Azərbaycanın hakimiyyətyönlü telekanalı “Baku TV”-ni bu mərkəzlə bağlı yayımlanan reportaja görə məhkəməyə verəcək. Mərkəzin rəhbəri Yevgeni Primakov bununla bağlı “Telegram” kanalında yazıb. “Hansısa qızın Azərbaycanın “Baku TV” leyblı ilə mənfur reportajı – stəndapı ilə tanış oldum. Reportaj bizim Azərbaycandakı Mədəniyyət Mərkəzinin girişində, “Rus Evi” lövhəsinin qarşısında çəkilib. Reportajda qız …
Read More »ABŞ məmurlarına işdən çıxacaqları halda səkkiz aylıq maaş təklif edilib
ABŞ hakimiyyəti federal hökumət məmurlarına öz istəkləri ilə işdən çıxmaq üçün ərizə verəcəkləri halda təzminat olaraq səkkiz aylıq maaş ödəməyi təklif edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Yüz minlərlə insanın bu təklifi qəbul edəcəyi gözlənilir. Məlumata görə, bu təklifin əks olunduğu məktub əvvəllər məsafədən iş rejimindən ofisə qayıtmaq göstərişi verilən …
Read More »Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı …
Read More »Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür
Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da anadan olub. Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu …
Read More »ABŞ hökuməti qrant və kreditləri dayandırır
Bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri dayandırmalıdır ABŞ hökumətinin Büdcə Ofisi bütün federal qrant və kreditlərin dayandırılmasını əmr edib. Bu məlumatı “CNN” Ağ Evin daxili memorandumuna istinadən yayıb. Sənəddə qeyd olunur ki, bütün federal qurumlar maliyyə yardımı üzrə öhdəliklərin icrasını və ödənişləri müvəqqəti dayandırmalıdır. Qərar yeni qrantların verilməsinə də şamil edilir. Sənədə əsasən, sərəncam yanvarın 28-də yerli …
Read More »Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının “silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına …
Read More »Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə …
Read More »Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılarla bağlı təəccüb ifadə olunub Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı bildirilir. Bu barədə Rusiya XİN-i məlumat yayıb. Dəvət zamanı Rəhman Mustafayevi nazir müavini Mixail Qaluzin qəbul edib. XİN-in məlumatına görə, görüş zamanı nazir müavini Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əlaqələrin qurulmasının mütləq əhəmiyyətini vurğulayıb. “Görüş …
Read More »DİN süni intellektlə bağlı xəbərdarlıq edir
Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib. Bu barədə nazirlikdən məlumat verilib. Xəbərdarlıqda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur: “Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar