Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək. Boyukmillet.com xəbər verir ki, Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib. “Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək”, – ABŞ lideri bildirib. Bu arada yanvarın ortalarında İran …

Read More »

Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. Boyukmillet.com xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, …

Read More »

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. “ICAO standartlarına (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) əsasən aviasiya orqanları – təxminən 17-18 nəfər – Rusiya, Azərbaycan və Qazaxıstandan olan ekspertlər bir ay ərzində aviasiya hadisəsinin araşdırılmasını həyata keçirir. Komissiya işləyir. Uçuş parametrləri, …

Read More »

Estoniya parlamenti Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina edib

59 deputat bəyanatın lehinə, 9 deputat əleyhinə səs verib Estoniya parlamentinin Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina etdiyi bildirilir. Bu barədə Estoniya ali qanunverici orqanının rəsmi saytında bəyanat dərc edilib. Bəyanatda gürcü xalqına dəstək ifadə olunub: “Son on ildə Estoniya Rusiyanın gürcü cəmiyyətini qütbləşdirmək və Gürcüstandakı demokratik seçkilərə müdaxilə etmək fəaliyyətini böyük narahatlıqla izləyib. Ötən ilin oktyabrında Gürcüstanda zorakılıq və …

Read More »

Türkiyənin Ədliyyə Nazirliyi: Boluda hoteldə yanğın zamanı 78 nəfər həyatını itirib

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib. Boyukmillet.com “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib. Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu …

Read More »

Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkənin cənub sərhədini keçməsini dayandırmaq haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Tramp qurumlara cənub sərhədindən ölkəyə daxil olan qanunsuz miqrantların ABŞ-dən çıxarılması üçün bütün mümkün tədbirləri görməyi tapşırıb.

Read More »

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı əməliyyat-qoşun tədbirləri keçirilib. Nəticədə yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram …

Read More »

İmişlidə etiraz edən 14 nəfərə cinayət işi açılıb, həbs ediliblər

 7-8 nəfərə isə xırda xuliqanlıq və polisə tabesizlik ittihamı ilə inzibati həbs verilib İmişlidə Dövlət Yol Polisi (DYP) avtomobilinin törətdiyi, 3 uşağın ölümü, daha birinin yaralanması ilə nəticələnən qəzadan sonra yerli sakinlərin etirazları ilə əlaqədar 20 nəfərdən çox adam həbs olunub. Bu barədə Meydan TV-yə İmişli Rayon Polis Şöbəsindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hadisənin baş verdiyi ilk gün …

Read More »

AŞPA-ya müraciət: Azərbaycanın qurumda səlahiyyətləri dayandırılsın

Müraciət müəllifləri hesab edirlər ki, Bakı insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb. Müraciət müəllifləri hesab edirlər ki, Bakı daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir. “Biz, …

Read More »