Türkiyənin Bolu şəhərində 12 mərtəbəli hoteldə baş verən güclü yanğın faciəyə səbəb olub. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb. Yanğının gecə saatlarında, 03.30-da başladığı və qısa müddətdə 4-cü mərtəbədə yerləşən restoran hissəsindən yuxarı qatlara yayıldığı bildirilib. Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı başsağlığı verərək, istintaqın başladığını açıqlayıb. Daxili …
Read More »Yearly Archives: 2025
Cihangir İşbilir: “Türkiyə-Azərbaycan qardaşlığı əbədi olsun” – FOTOLAR
“Qəhrəman qazilərimizlə birlikdə 20 Yanvar şəhidlərimizi ziyarət etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Əziz millətimizə və dövlətlərimizə əbədi müstəqillik nəsib etsin. Türkiyə və Azərbaycan qardaşlığı və müttəfiqliyi əbədi olsun”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir deyib.
Read More »İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran ərazisindən Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri …
Read More »Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib
İranda həbsdə olan tələbə Fərid Səfərlinin azad olunması xəbərindən sonra “Facebook” səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb. Boyukmillet.com xəbər verir ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillərdən yalan, şər-böhtan …
Read More »Tramp kampaniyası zamanı verdiyi vədləri sürətlə həll edəcəyini deyir
“Baydenin hər bir radikal və axmaq icra sərəncamı andiçməmdən bir neçə saat sonra ləğv ediləcək” ABŞ-nin yeni Prezidenti Donald Tramp yanvarın 19-da, bazar günü Vaşinqtonda keçirilən kampaniya üslublu mitinqlə 2024-cü il seçki qələbəsini qeyd edib. O, vəzifəyə başlamazdan əvvəl seçki kampaniyası vədlərini həyata keçirmək üçün sürətli addımlar atacağına söz verib. “Capital One Arena”da tərəfdarlarına müraciət edən Tramp “TikTok”un bərpasından yüksək səviyyəli …
Read More »Dağlıq Qarabağ erməniləri öz kimliklərini qorumağa çalışırlar
“Biz Dağlıq Qarabağı özümüzlə gətirə bilmədik” 2023-cü ildə baş verən kütləvi köçdən sonra Dağlıq Qarabağ erməniləri öz kimliklərini, dialektlərini və mədəniyyətlərini qorumaq üçün mübarizə aparıblar. Donara Qasparyan onilliklər ərzində Dağlıq Qarabağ mədəniyyətinin və mətbəxinin simvolu olan xırda doğranmış göyərti ilə doldurulmuş yemək növü olan-Jengyalov qutablarını bişirib Stepanakert bazarında satırdı. 2023-cü ildə Qarabağın Azərbaycanın hərbi nəzarəti altına keçməsi nəticəsində oradan qaçdıqdan …
Read More »Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş tədbir keçirilir
Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr edilmiş “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər. Konfransda …
Read More »Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Xaçmazda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı keçirilən profilaktik tədbirlər çərçivəsində avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər …
Read More »Tramp ABŞ-nin yenidən Paris İqlim Sazişindən çıxması haqqında fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb. Bu barədə Boyukmillet.com ABŞ mətbuatına istinadən xəbər verir. Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib. Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa …
Read More »Makron Trampın qayıdışı fonunda Avropanı “oyanmağa” çağırıb
Fransa lideri Emmanuel Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı “oyanmağa” və ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb. Bu barədə “Report” “Le Monde”yə istinadən xəbər verir. “Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”, – o soruşub. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək. “Gəlin özümüzü aldatmayaq”, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar