Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Read More »Yearly Archives: 2025
Azərbaycanda “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib
Prezident İlham Əliyev “Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat …
Read More »Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib
Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistandan idxal etdiyi 9 000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv …
Read More »İsraillə HƏMAS arasında atəşkəs razılaşması əldə olunub
Bayden atəşkəsi ABŞ diplomatiyasının uğuru adlandırdı İsrail və HƏMAS 15 ay davam edən müharibəyə son qoymaq üçün atəşkəs müqaviləsi bağlayıblar. BBC yazır ki, müqavilə bazar günü, 19 yanvarda qüvvəyə minəcək. ABŞ Prezidenti Co Bayden atəşkəslə bağlı bəyanat yayıb. Bayden atəşkəsi dəstəkləyib və ölkəsinin intensiv uğurlu diplomatiyasının nəticəsi sayıb. O bildirib ki, müqaviləyə əsasən, İsrail öz ordusunu Qəzzadan çıxarılmalı, HƏMAS saxladığı bütün …
Read More »AXCP Bakı və Naxçıvanda üzvlərinin saxlanıldığını deyir
Partiya təzyiqləri söz və ifadə azadlığına təzyiq kimi qiymətləndirib Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib. Bildirilir ki, AXCP-nin Ordubad rayon şöbəsinin fəalı Əsgər Ağasoyu polislər yanvarın 15-də axşam saatlarında yaşadığı evdən aparıblar: “Yanvarın 15-də axşam saatlarında polislər Əsgər Ağasoyun yaşadığı evə gəlib. Heç bir əsas olmadan onu evdən zorla çıxarıb, polis …
Read More »Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb
Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 87-VIIQD …
Read More »Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir?
ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar indeksi (DXY) 10 noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi keçib.“Goldman Sachs” analitiklərinə görə, cari ildə dolların 5 faiz artacağı və avrodan daha baha olacağı gözlənilir. Bu, sonuncu dəfə 2022-ci ildə baş verib. Ekspertlər bildirir ki, Trampın birinci prezidentliyi dövründə də dollar oxşar davranış …
Read More »Azər Qasımlı: “Həbsim siyasi sifarişdir, məhkəmədən gözləntim yoxdur”
Siyasətçinin ev dustaqlığı ilə bağlı vəsatəti təmin olunmayıb Siyasi Menecment İnstitutunun direktoru, bir aydan çoxdur ki, həbsdə olan siyasətçi Azər Qasımlının ev dustaqlığına buraxılması üçün vəkili Aqil Layıc vəsatət vermişdi. Vəsatətə yanvarın 15-də Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rəşad Cavadzadənin sədrliyilə keçirilən məhkəmə prosesində siyasətçinin özü də iştirak edib. O bildirib ki, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor …
Read More »Blinken İsraili tənqid edib
“İsraillilər demokratiyalarına zərər gəlmədən anneksiya həyata keçirə biləcəkləri mifindən əl çəkməlidirlər” ABŞ-nin dövlət katibi Entoni Blinken vida nitqində deyib ki, HƏMAS İsrailin Qəzzada öldürdüyü qədər yeni döyüşçü cəlb edə bilib. O, vasitəçilərin “atəşkəs ərəfəsində” olduğunu deyib. Blinkenin fikirlərinin ABŞ kəşfiyyatına istinadən deyildiyi bildirilir. İsrail Qəzza, Livan və İranda HƏMAS-ın rəhbərliyinin sui-qəsdinə müvəffəq olsa da, Blinken qrupun Qəzzada güc olaraq qaldığını deyib. …
Read More »Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Ermənistan parlamentinin İqtisadi məsələlər üzrə komissiyası Ermənistan və ABŞ hökumətləri arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin ratifikasiyası barədə qanun layihəsini təsdiqləyib. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Rafael Gevorqyan bildirib. Komissiyanın iclası yanvarın 15-də keçirilib. R.Gevorqyanın sözlərinə görə, saziş çərçivəsində gömrük işi ilə bağlı sahələrdə qarşılıqlı inzibati yardımın göstərilməsi üçün məlumat …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar