Paşinyan bildirib ki, ölkənin quruma üzvlüyülə bağlı son qərar ümumxalq referendumunda verilməlidir Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiqlədiyi bildirilir. Layihə parlamentin müzakirəsinə göndərilib. Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Assambleyaya (Ermənistan parlamenti) təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, son illər Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik münasibətlər …
Read More »Yearly Archives: 2025
Özünü “Bəxtiyar Hacıyevin girovu” adlandıran fəala 6 il 6 ay həbs cəzası verilib
Rail Abbasov qərarı sifarişli və ədalətsiz adlandırıb Həbsdə olan ictimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib. Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb. Bu hökmü Mahirə Kərimovanın sədrlik etdiyi, Fəxri Məmmədov və Anar Sadıqovdan ibarət hakimlər heyəti çıxarıb. Hökmə görə, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə – ev …
Read More »Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib
Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb. “Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib”, – məlumatda bildirilib. Qeyd edilib ki, Ankara bütün …
Read More »BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib. Qeyd olunub ki, sənədlər dövlət başçısının 2024-cü il dekabrın 5-6-da Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciəti və tədbirin yekun sənədidir. Vurğulanıb ki, Qərbi azərbaycanlıların öz …
Read More »ABŞ prezidenti Kaliforniya ştatında böyük fəlakət rejimi elan edib
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı bəyannamə imzalayıb. Boyukmillet.com xəbər verir k i, bu barədə Ağ Evin saytında məlumat verilib.Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər. Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin …
Read More »“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb
Türkiyənin “Haber Global” telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb. Boyukmillet.com xəbər verir ki, müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib. Azərbaycan liderinin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman …
Read More »MN-in külli miqdarda vəsaiti mənimsəmədə təqsirləndirilən xidmət rəisi ilə bağlı işin yenidən araşdırılması istənilib
Müdafiə Nazirliyinin (MN) tabeliyində olan Təlim və Tədris Mərkəzinin sabiq Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov prosesdə vəsatət verib. O, apellyasiya məhkəməsinin qismən araşdırma aparmasını xahiş edib. Hakim …
Read More »ADB sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb edilməsində Azərbaycana kömək edəcək
Asiya İnkişaf Bankı (ADB) “Mərkəzi və Qərbi Asiyada sosial müdafiə xidmətlərinin göstərilməsinə özəl sektorun cəlb edilməsi” texniki yardım layihəsi çərçivəsində 300 min ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiqləyib. Boyukmillet.com ADB-yə istinadən xəbər verir ki, 2026-cı ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan layihə regionun 9 ölkəsini, o cümlədən Azərbaycanı əhatə edəcək. İştirakçı ölkələrin hökumətləri işçi heyəti, ofis sahələri, inzibati xidmətlər və digər qeyri-maddi resurslar şəklində dəstək …
Read More »Qərbi Azərbaycan İcması Ermənistanı substantiv dialoqa çağırıb
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistandan yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri ilə bağlı substantiv dialoqa başlamağı tələb edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bəyanatda bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanatında “Qərbi Azərbaycan” ifadəsinə irad …
Read More »Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi tamamlanmaq üzrədir
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. “Report”a bu barədə şirkətdən məlumat verilib. “Aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib və hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar