Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevi Zəfərin beşinci ildönümü münasibətilə təbrik edib. Boyukmillet.com -un məlumatına görə, təbrikdə deyilir: “Cənab Prezident, Əziz Qardaşım. Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə …
Read More »Yearly Archives: 2025
Anna Akopyan İrəvanda və Bakıda həbsdə olan erməni liderlərin arvadlarına dəstək verdi
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hazırda Azərbaycanda həbsdə olan Qarabağdakı separatçı qurumun keçmiş rəhbərlərinin xanımlarına dəstək mesajı göndərib. Boyukmillet.com xəbər verir ki, Akopyan sosial şəbəkədə yazdığı açıqlamada həmin ailələrin üzləşdiyi psixoloji yükə diqqət çəkib. Onun sözlərinə görə, ictimaiyyət və siyasi dairələr tərəfindən bu şəxslərin “qəhrəmanlaşdırılması” nəticəsində yaranan emosional yük ən çox məhz ailələrin üzərinə düşür. Akopyan xüsusilə …
Read More »Yunanıstanın türk düşmənçliyi davam edir – “Rusiya qazı Avropaya Türkiyədən gəlməsin”
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, “Türk axını” qaz kəməri də daxil olmaqla, Avropa İttifaqına Rusiya təbii qazının tədarükünün qadağan edilməsinə çağırıb. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı Afinada keçirilən “Transatlantik enerji əməkdaşlığı üçün tərəfdaşlıq” konfransında verdi. Baş nazirin çıxışı forumun veb saytında yayımlanıb. Mitsotakis bildirib ki, “ABŞ Yunanıstanı Avropanın enerji ehtiyaclarına açılan qapı kimi görür. “Rusiya …
Read More »Azərbaycanda dəmiryolu və avtomobil yollarının tunelləri üçün layihələndirmə normaları təsdiq edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları”nı təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, normalar rels izi 1 520 mm olan ümumi şəbəkə dəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobil yollarında yeni tikilən və yenidən qurulan tunellərin layihələndirilməsinə və tikintisinə şamil olunur. Ancaq, …
Read More »Metro istifadəçilərinə sevindirici xəbər – Sayı artırılır…
Bu ilin sonunadək 36 qatar tərkibli 180 vaqon fəaliyyətdə olacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bu gün “Nərimanov” elektrik deposunda 3 yeni qatar xəttə verilmək üçün hazır olacaq.
Read More »Məhkəmə 2 milyon ələ keçirən dələduzu belə xilas edir – cinayət məsuliyyətindən qaçış planı işə düşüb!
Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə proses növbəti dəfə təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən son iclas da əvvəlki kimi baş tutmayıb. Artıq bir neçə aydır ki, iş üzrə məhkəmə iclasları müxtəlif bəhanələrlə təxirə salınır. Bu isə zərərçəkmişlərin ciddi narazılığına səbəb olub. Onlar hesab edirlər ki, müttəhim Qədim Ədilovun vəkili Ramin Qocayev …
Read More »Sabah ilin ən güclü maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) alimləri 2025-ci ilin ən güclü geomaqnit qasırğasının noyabrın 7-də gözlənildiyini açıqlayıblar. Günəşdən Yerə doğru hərəkət edən plazma buludlarının ilkin hərəkət modeli, geomaqnit aktivliyinin ilkin proqnozu ilə birlikdə hazırlanıb. Hazırda proqnoz noyabrın 5-də gecə baş verən ən son, ən güclü alovları nəzərə almır və 24 saat …
Read More »Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib. Bununla yanaşı, İslamabadda parlament binası və Pakistan Ali Məhkəməsi da Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Read More »Səhvən kartına 120 min manat pul gəldi
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb. Boyukmillet.com-un məlumatına görə bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb. Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də …
Read More »Serj Sarqsyanın Ermənistandan çıxışı məhdudlaşdırılıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb. Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb. Ölkədən çıxmamaq barədə iltizam yeni ittiham əsasında qəbul edilib. A.Makinyan dəqiqləşdirib ki, ötən gün gecə saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qəfildən Sarqsyanın yenidən çağırılmasının zəruri olduğunu bildirib. Bir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar