Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,85 % artaraq 66,43 ABŞ dolları təşkil edib. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 66,02 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,91 % artaraq 64,4 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin …

Read More »

Sumqayıtda top mərmisi aşkarlanıb

Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində sursat aşkar edilib. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd OF350 76 mm-lik yivli top mərmisi …

Read More »

Antarktidada nəhəng buzlaq rekord sürətlə əriyir

Antarktidada Hektoria adlı buzlaq rekord sürətlə əriyir və onun sahəsi cəmi iki ay ərzində demək olar ki, 50% azalıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan yeni araşdırmada göstərilib. Müasir tarixdə qeydə alınan ən sürətli ərimə dəniz səviyyələri üçün ciddi nəticələrə səbəb ola bilər. Filadelfiya ərazisi qədər olan buzlaq adətən əvvəllər ildə bir neçə yüz metrdən …

Read More »

İsraildə terrorçuların edam edilməsi haqqında qanun birinci oxunuşda təsdiqlənib

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı “Yəhudi Gücü” partiyasından olan deputat Limor Son Har-Melex təklif edib. “The Jerusalem …

Read More »

Mehdiyevin xəyanət planı, yaxud radikal müxalifətin boz kardinala loyallığı nədən qaynaqlanır?

Elə bu gün yayılan məlumatlara görə, PA-nın keçmiş rəhbərinin köməkçisi olmuş Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib. AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Görünən odur ki, Ramiz Mehdiyevlə bağlı məsələ getdikcə daha ciddi …

Read More »

Ərdoğan: Türkiyə ordusunun istifadəsinə daha 250 “Altay” tankını verməyi planlaşdırırıq

Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 “Altay” tankının verilməsi nəzərdə tutulub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Onun sözlərinə görə, yerli döyüş tankının ilk partiyası Türkiyə orsunun istifadəsinə verilib: “Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil etməyi hədəf kimi qarşımıza qoymuşuq”. Ərdoğan …

Read More »

BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT

Bakı Dövlət Peşə Tədris Mərkəzində illərdir davam edən qanunsuzluqlar və rüşvət mexanizmi hələ də öz gücünü itirməyib. Rəsmi olaraq peşə təhsili sistemində islahatların aparıldığı, şəffaflığın təmin edildiyi deyilsə də, real vəziyyət tam fərqlidir. Bu gün mərkəzin daxilində açıq şəkildə rüşvət, saat alveri, tələbədən pulların yığılması və idarəetmə manipulyasiyası davam edir. Və bütün bu mexanizmin mərkəzində adı dəfələrlə cinayət işi ilə …

Read More »

Nazirlər Kabineti sahibkarlıq subyektləri barədə qərarında dəyişiklik edib

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa …

Read More »

Sürücülərin sərxoşluq müayinəsi və korrupsiya iddiaları

Azərbaycanda sürücülər tez-tez yol polisi tərəfindən qanunsuz saxlanılmaqdan və əsassız yerə cərimələnməkdən və ya cərimələnməmək üçün polisə rüşvət verməkdən narazılıq edirlər. Sürücülər hesab edirlər ki, onlar yol hərəkəti qaydasını pozmadıqları halda yol polisi onları saxlayır və cərimələyir.Sürücüləri narazı salan məsələlərdən biri də sərxoşluq müayinələridir. Sürücülər iddia edirlər ki, restoranların çox olduğu küçələrdə yol polisləri onlara sərxoşluq müayinəsi ilə bağlı qəsdən tələ …

Read More »

Qarabağdan gedən ermənilərdən XƏBƏR VAR

2025-ci il oktyabrın 30-na olan məlumata görə, Qarabağdan gedən 21 min 916 nəfər Ermənistan Respublikası vətəndaşlığı almaq üçün müraciət edib. Boyukmillet.com bildirir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan məlumat verib. Nazirin sözlərinə görə, onlardan 14 min 64 nəfər artıq Ermənistan vətəndaşlığı alıb. “Pasportlaşdırma prosesi vasitəsilə Ermənistan Respublikasının vətəndaşlığını 7 min 191 azyaşlı da əldə edib”, – deyə Sarkisyan …

Read More »