Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Zəngilanın azad edilməsindən 5 il ötür

Bu gün Zəngilanın azad edilməsindən beş il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin …

Read More »

Tramp kolumbiyalı həmkarına xəbərdarlıq edib, bu ölkəyə subsidiyaları dayandırıb

ABŞ prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petroya kəskin xəbərdarlıq edərək, ondan ölkədə narkotik istehsalını dayandırmağı tələb edib. Boyukmillet.com-un məlumatına görə, müvafiq yazı Amerika liderinin “Truth Social” səhifəsində yerləşdirilib. “Petro dərhal bu ölüm sahələrini bağlamalıdır, əks halda Birləşmiş Ştatlar onun üçün onları bağlayacaq və bu, çirkin şəkildə olacaq”, – Tramp bildirib. O, narkotik ticarətinin “Kolumbiyada ən böyük biznesə” çevrildiyini vurğulayıb: …

Read More »

Almaniya Gürcüstandakı səfirini geri çağırdı – Berlinlə Tiflis arasında diplomatik gərginlik

Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan hökumətinin Avropa İttifaqı, Almaniya və səfir Peter Fişerə qarşı sərt açıqlamaları səbəbindən səfirin məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb. Boyukmillet.com-un məlumatına görə rəsmi Berlinin açıqlamasında bildirilir ki, bu addım Gürcüstan rəhbərliyinin son bəyanatlarına diplomatik reaksiya kimi atılıb və məqsəd ikitərəfli münasibətlərin gələcək istiqamətini dəyərləndirməkdir. Məlumata görə, sabah Avropa İttifaqı Şurası yaranmış vəziyyəti …

Read More »

Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib. Boyukmillet.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb. Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək. Nəsrin Abdullazadə (40 kq) də Avropa …

Read More »

Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış aparılıb

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat çərçivəsində heç kimin saxlanılmadığını bildirir Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Partxaladzenin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı elektron avadanlıqlar, sənədlər və külli miqdarda pul götürülüb. Gürcüstan Baş Prokurorluğu bildirib ki, müxtəlif cinayət işlərinin istintaqı çərçivəsində dünən, oktyabrın 17-də …

Read More »

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: “Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram”.

Read More »

İran hərbi gəmiləri Bakı limanını tərk etdi -FOTO

“AZIREX-2025″ birgə axtarış-xilasetmə təlimində iştirak etmək üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə oktyabrın 15-də ölkəmizin ərazi sularına daxil olmuşdu.

Read More »

Ermənistanda “dini çevriliş”: Paşinyan keşişləri həbsə atır, Qərb kilsəni dəyişir  

Ermənistanda Nikol Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik yenidən alovlanıb. Analitik Akop Badalyanın yazdığına görə, 15 oktyabrda din xadimlərinin həbsi və Kilikya katolikosu I Aramın mövqeyi bu gərginliyi daha da artırıb. Paşinyanla arxiyepiskop Şaan Sarkisyan arasında baş tutan görüş ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hökumətin açıqlamasında kilsə ilə bağlı narahatlıqlara toxunulmasa da, Kilikya katolikosluğu sonradan Aram I-in etirazını çatdırdığını bəyan …

Read More »

Nazir əmr imzaladı – 3 qurum ləğv olundu

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün …

Read More »

Rusiyada azərbaycanlı alverçi bazarda öldürüldü

Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib. Lent.az yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən “Sadovod” bazarının dayanacağında qətlə yetirilib. Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin …

Read More »