Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətlərinə görə təşkilata etiraz edib. Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib. Xarici İşlər Nazirliyi qeyd edib ki, buna səbəb ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstana səfəri zamanı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə etirazına qoşulması olub. Qeyd edək ki, …
Read More »Yearly Archives: 2025
Paşinyandan “Zəngəzur dəhlizi” ilə bağlı açıqlama
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Zəngəzur dəhlizi” məsələsi artıq onun üçün aktual sayılmır. Boyukmillet.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşün nəticəsində yayımlanan rəsmi açıqlamada Ermənistan ərazisində kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin (Zəngəzur dəhlizi) müzakirəsi qeyd olunub. “Bu sənədlə təsdiqləndi ki, Ermənistan ərazisində TRIPP layihəsi həyata keçirilir. Deməli, bu, sualın cavabıdır və …
Read More »47 kq marixuana ilə SAXLANILDI – VİDEO
Bakı və Abşeron rayonunda narkotiklərin satışını təşkil edən şəxs 47 kq marixuana ilə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda rayonunda satışının qarşısı alınıb. Abşeron rayonunda baş tutan tədbir zamanı 39 yaşlı əvvəllər də …
Read More »DTX-nın saxladığı Ramiz Vəliyevə HÖKM OXUNDU
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib. Qeyd edək ki, Azərbaycan …
Read More »Bakıda hərbi parad keçiriləcək
Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Read More »Qəzzanın bərpası üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq
ABŞ-nin rəhbərlik etdiyi Qəzza zolağının bərpası və atəşkəsin monitorinqi üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq yeri açıqlanmır. Sadəcə məlumdur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək. Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmiləri də mərkəzə çıxış əldə edəcəklər. …
Read More »Türkiyə girovların meyitlərinin qaytarılması üçün Qəzzaya ekspertlər göndərəcək
Türkiyə və bir sıra ölkələr ölən girovların qalıqlarının qaytarılmasına kömək etmək üçün Qəzza zolağına ekspertlər göndərəcək. Boyukmillet.com-un məlumatına görə, bunu “Axios”un müxbiri Barak Ravid ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı iki məmura istinadən “X” sosial şəbəkəsində yazıb. Onların sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatı meyitlərin qaytarılması ilə bağlı razılaşmanı hələ pozmayıb. “Onlar bildirdilər ki, Qəzzada bu cür axtarış əməliyyatları üçün lazım …
Read More »Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,5 milyard manat xərcləyəcək
2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,5 milyard manat xərclənəcəyi proqnozlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərcə xüsusi çəkisi 23,5 % təşkil edəcək.
Read More »Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin təxminən 45 milyard manat məbləğində proqnozlaşdırılan gəlirləri neftin büdcə qiymətinin 65 ABŞ dolları/barrel həddinə (baza ssenari) uyğundur. Boyukmillet.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənədə əsasən, neftin orta qiyməti 75 ABŞ dolları/barrel olsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,9 milyard manat təşkil edəcək, əksinə 55 ABŞ dolları\barrel …
Read More »Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib
Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Lukoyl” və “Rosneft”i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib. “Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 14 oktyabr 2027-ci …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar