Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir. “Bu qanun Müharibə Departamentinə mənim “Güclə Sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Prezident bəyanatında bildirib. Təxminən 3 min səhifəlik qanun …

Read More »

Masazırın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu barədə Boyukmillet.com “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, “Qurtuluş 93”, …

Read More »

Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın

“Siz Ermənistanda məskunlaşmalı və Ermənistan vətəndaşlığını almalısınız”. Boyukmillet.com erməni mediasına istinaədn xəbər verir ki, Ermənistan baş naziri Paşinyan Qarabağdan gedən ermənilərə bu sözlərlə müraciət edib. Nikol Paşinyan həmçinin yol verilmiş səhvlərdən dərs çıxarmağa və müvafiq nəticələr əldə etməyə çağırıb. “Öz missiyamı xalqı şəhidlik məntiqindən çıxarmaq hesab edirəm və bəli — bu gün biz buna çoxsaylı itkilər və məhrumiyyətlər bahasına gəlib çatmışıq”, …

Read More »

ABŞ və Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı hazırlayıb

ABŞ və Ukraynanın Avropadakı müttəfiqləri Rusiya ilə mümkün sülh razılaşmasının icrasını təmin edəcək ciddi və etibarlı təhlükəsizlik zəmanətləri planı hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyi sənədlə tanış olan rəsmi mənbələrə istinadən yazır ki, plan müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyinin qorunmasına yönəlib. Məlumata görə, 800 min nəfərlik Ukrayna Silahlı Qüvvələri müttəfiqlərin dəstəyi ilə müharibədən sonra əsas çəkindirmə xətti rolunu oynayacaq. …

Read More »

“Air Serbia” Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq. Boyukmillet.com bu barədə aviaşirkətə istinadən xəbər verir. Məlumata görə, “Air Serbia” gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək. Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə …

Read More »

ABŞ bir sıra şirkət və şəxsləri Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb – ADLAR

ABŞ əvvəllər Rusiyaya, o cümlədən hərbi-sənaye kompleksinə sanksiya tətbiq edilmiş avadanlıqlar tədarük edən bir neçə şirkəti sanksiya siyahılarından çıxarıb. Boyukmillet.com xəbər verir ki, müvafiq qərar Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Siyahıdan çıxarılanlar arasında Kipr Veles International Limited və onun sahibi Dmitri Buqayenko da var. Bu şirkət Moskva investisiya firmasının törəmə müəssisəsidir, baxmayaraq ki, təşkilatın Rusiya hüquqi şəxsləri sanksiyalar altında qalır. Sanksiyalar siyahısından …

Read More »

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb. Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) …

Read More »

Sabah Bakıya sulu qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Boyukmillet.com Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Read More »

“Laçın” tankeri ilə 464 min tondan çox neft və neft məhsulları daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Laçın” tankeri ilə istismara veriləndən, 6 il ərzində 464,093 min ton neft və neft məhsulları daşınıb. Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Tanker bu müddət ərzində müxtəlif limanlara ümumilikdə 94 səfər həyata keçirib. Son bir ildə isə gəmi 48 min 958,323 ton yükü təyinat limanına çatdırıb. “Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, …

Read More »

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs olunublar. Bu barədə Boyukmillet.com Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb. Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə …

Read More »