Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …

Read More »

Almaniya PUA insidentindən sonra təxribatla bağlı araşdırmalara başlayıb

Almaniya pilotsuz uçuş aparatları (PAU) ilə bağlı insidentdən sonra mümkün casusluq və təxribatla bağlı araşdırmalara başlayıb. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Şlezviq-Holştayn federal torpağının daxili işlər naziri Sabina Zütterlin-Vak məlumat verib. O, dronların dünən gecə aşkarlandığını, bundan sonra yerli hakimiyyət orqanlarının araşdırmaya başlamaq qərarına gəldiyini bildirib. “Qismən Danimarka və digər Avropa ölkələrində baş verən son hadisələrə görə …

Read More »

Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkar edib

Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb. Boyukmillet.com Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib. Yoxlama nəticəsində məlum olub ki, Agentlik …

Read More »

Azərbaycan və Yaponiya Dövlət Komissiyasının iclası keçirilib, İqtisadi Komitənin Protokolu imzalanıb

Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin Protokolu imzalanıb. Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, sənədləri Azərbaycan ilə Yaponiya arasında keçirilən iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası zamanı Azərbaycan Dövlət Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru …

Read More »

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti sentyabrın 28-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, …

Read More »

Xətaidə vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edilib

Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə Boyukmillet.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı …

Read More »

Gəncə–Mingəçevir–Ağstafa qatarının ildə 100 min sərnişin daşıyacağı gözlənilir

İlkin hesablamalara görə, Gəncə–Mingəçevir–Ağstafa dəmir yolu marşrutu üzrə ildə təxminən 100 min sərnişin daşınacaq. “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev marşrut üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısı ilə qatarla daşınan sərnişinlərin sayı artır: “Bu istiqamətlər …

Read More »

Milli Məclisin deputatları Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir. Sənəddə 2020-ci …

Read More »

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlılar artıq İrəvana taksi ilə gələcəklər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, “Azərbaycanlılar artıq İrəvana taksi ilə gələcəklər” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim “Mülki müqavilə” Partiyasının qurultayında çıxışı zamanı ölkədə “dördüncü respublika”nı elan etməsindən bəhs olunur. Bildirilir ki, Ermənistanda respublikanı nömrələmək ənənəsi var: “Ermənilər 1918-1920-ci illəri “birinci respublika”, SSRİ dövrünü “ikinci respublika”, 1991-ci ildən sonrakı dövrü isə …

Read More »