Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Güləşçimiz ölkəmizin 6 illik həsrətinə son qoydu-Video

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Nürəddin Novruzov tarixə düşəcək uğura imza atıb. Boyukmillet.com xəbər verir ki, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Novruzov rəqiblərini məğlub edərək bürünc medal qazanıb. O, dünya çempionatının mükafatçıları sırasına daxil olub. Bu nəticə ilə o, Azərbaycanın sərbəst güləş tarixində son 6 ilin susqunluğunu pozub. Sonuncu dəfə böyüklər …

Read More »

Azərbaycan və Serbiya arasında 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı imzalanacaq

Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsi üzrə 2025-2029-cu illəri əhatə edən fəaliyyət planı yaxın dövrdə imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə birgə brifinqdə danışıb. O vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq böyük önəm kəsb edir.

Read More »

MPK Azərbaycan paracüdoçusunun Avropa çempionatına buraxılmamasına münasibət bildirib

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir: “Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanın paytaxtı …

Read More »

Ət, heyvan və quş cəmdəklərinin ekspertiza aktı əsasında baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun …

Read More »

Agentlik: Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı sərt tədbirlər görüləcək

Son dövrlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) verdiyi dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması müşahidə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Qurum bəyan edib ki, belə hallar qanun pozuntusu olmaqla yanaşı, ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və dəniz ətraf mühiti üçün …

Read More »

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Q.İsmayılov uzun illər Quba şahmat məktəbinə rəhbərlik edib, bu idman növünün inkişafı naminə müxtəlif layihələr reallaşdırıb.

Read More »

Dünya Bankı Abşeron göllərinin bərpasına qrant ayırıb

Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi çərçivəsində Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı üzrə qrant ayırıb. Boyukmillet.com xəbər verir ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək. Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək. Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək …

Read More »

Tramp: Azərbaycan və Ermənistan arasında qarşıdurma da daxil olmaqla 7 münaqişəni dayandırdım

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ikinci prezidentlik müddətinin yeddi ayı ərzində Azərbaycan və Ermənistan arasındakı qarşıdurma da daxil olmaqla yeddi münaqişəni həll edə bilib. Boyukmillet.com xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib. “Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo …

Read More »

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali Səviyyəli Toplantısı Nyu Yorkda öz işinə başlayır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda 34-cü Ali Səviyyəli Toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantı ABŞ-nin Nyu-York şəhərində 23-26 sentyabr tarixlərində baş tutacaq. “Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” mövzusunda keçiriləcək tədbirdə bir çox cari və sabiq dövlət, eləcə də hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin …

Read More »

NATO Rusiyanın Estoniyada yol verdiyi insidentə reaksiya verməyə hazırdır

NATO Rusiyanın Estoniyanın hava məkanını pozması səbəbindən müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bəyan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə NATO-nun bəyanatında deyilir. “NATO və müttəfiqləri beynəlxalq hüquqa uyğun olaraq özlərini müdafiə etmək və bütün istiqamətlərdən təhdidləri çəkindirmək üçün bütün lazımi hərbi və qeyri-hərbi vasitələri tətbiq edəcəklər. Biz lazım bildiyimiz şəkildə cavab verməyə davam edəcəyik. 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır”, – sənəddə …

Read More »