“AzParking” MMC-nin bir qrup əməkdaşı əmək şəraiti ilə bağlı narazılıqlarını bildirir. İşlərini itirmək qorxusu ilə adlarını açıqlamayan parklanma xidməti üzrə bələdçilər iddia edirlər ki, şirkətin direktor müavini Vüqar Əlizadə işçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualetə və çay fasiləsinə çıxmağa icazə verir. “Şirkətdə ümumilikdə 800 nəfərə qədər işçi çalışır. Onların 400-500 nəfəri birbaşa ərazidə xidmət göstərir. Həmin …
Read More »Yearly Archives: 2025
“BP-Azərbaycan” xam neftin tərkibi ilə bağlı narahatlığın olmadığını bildirir
“Hazırda Ceyhan terminalında saxlanılan xam neftin keyfiyyəti standartlara tam cavab verir və tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə davam etdirilir”. Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib. O, qeyd edib ki, Ceyhan terminalında xam neftin tərkibi ilə bağlı yaranmış məsələ artıq həll olunub. Söhbət bu ilin iyul və avqustunda Azərbaycan neftindəki çirklənmə ilə bağlı yayılan məlumatlardan gedir. İyulda “British Petroleum” …
Read More »Ağdam şəhərinə ilk köç noyabrda olacaq
Ağdam şəhərinə ilk köç cari ilin noyabrında planlaşdırılır. Bunu “Report”un sualına cavab olaraq Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub: “Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır”.
Read More »Azərbaycanla Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla və Tanzaniya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş prokuror görüşdə Azərbaycanla Tanzaniya arasında qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlıqla möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətlərini vurğulayaraq Tanzaniyanın Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla …
Read More »Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana …
Read More »Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub. Faktla bağlı …
Read More »Azərbaycan və İran şəhərləri arasında birbaşa təyyarə reyslərinin sayı artırıla bilər
Azərbaycanla İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqlə görüşüb. Görüşdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə …
Read More »Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. “Report”un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər. Mərasimdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və …
Read More »Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Belçika Krallığı Fələstinin müstəqilliyini tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Krallığın Baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib. “Belçika həmişə iki dövlətli həll yolunu müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla …
Read More »Ərdoğan Trampla “F-35” və “F-16″ların tədarükünü müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla “F-35” və “F-16” qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırdığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib. “Əvvəlki səlahiyyət müddətində cənab Trampa bu sual verildikdə o, Türkiyənin F-35-lər üçün pul ödədiyini, lakin heç vaxt almadığını cavablandırmışdı. İndi biz bu məsələni yenidən müzakirə edəcəyik. Biz ABŞ-dən həm “F-35″lər, həm …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar