Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

İrandan 16 kq narkotikin ölkəyə keçirilməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev …

Read More »

Ekvadordan Rusiyaya gələn gəmidə 1,5 tondan artıq kokain aşkarlanıb

Sankt-Peterburq (Rusiya) limanında Ekvadordan gələn gəmidə 1,5 tondan çox kokain müsadirə edilib. Boyukmillet.com Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Ən geniş yayılmış narkotikin dəyəri 20 milyard rubldan (240 milyon dollardan) çoxdur. Kokain banan yüklü konteynerdə olub. Faktla bağlı cinayət işi açılıb.

Read More »

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək. Boyukmillet.com xəbər verir ki, yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək. Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək. Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 …

Read More »

Türkiyədə Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Ankarada Azərbaycanın Milli Musiqi Günü münasibətilə Müsəlman Şərqində ilk operanın müəllifi, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib. “Report”un Türkiyə bürosunun xəbərinə görə, “Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir Qazi Universiteti, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin dəstəyi ilə təşkil edilib. Bədi …

Read More »

Dövriyyəsi 10 milyon manatdan çox olan onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri …

Read More »

Telman İsmayılovun keçmiş mühafizəçisi 14,5 il azadlıqdan məhrum edilib

Moskva Qarnizonu Hərbi Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russoya sui-qəsddə və iş adamları olan Qurşumovların öldürülməsinə köməklik etməkdə təqsirləndirilən Tərxan Eldukayevi – Telman İsmayılovun keçmiş mühafizəçisini 14,5 il müddətinə azadlıqdan məhrum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. “Məhkəmə Tərxan Eldukayevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib, cinayət işini …

Read More »

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?

Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir.  Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib.  Boyukmillet.com ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb.  Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az …

Read More »

Bricit Makronun kişi olaraq doğulduğunu təkzib edən sübutlar məhkəməyə təqdim ediləcək

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə ölkənin birinci xanımının qadın olduğunu sübut edən fotoqrafik və elmi dəlillər təqdim etməyi planlaşdırırlar. “Report”un Avropa bürosunun məlumatına görə, bu barədə BBC-yə onların vəkili Tom Kler bildirib. Makron cütlüyünün Fransanın birinci xanımının kişi olaraq doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı qaldırdığı böhtan iddiası ilə bağlı məsələyə ABŞ-nin Delaver …

Read More »

Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq

Prezident İlham Əliyev Naxçıvanda Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb. Boyukmillet.com -un məlumatına görə, dövlət başçısnın imzaladığı sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Read More »

Azərbaycanda bankların şübhəli hesab etdiyi maliyyə əməliyyatlarının sayı kəskin azalıb

2024-cü ildə Azərbaycan bankları şübhəli hesab etdikləri 658 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabat təqdim edib. Boyukmillet.com bu barədə MMX-ya istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə azdır. Ötən il investisiya şirkətləri isə şübhəli hesab etdikləri 26 əməliyyat (2023-cü ilə nisbətən 73,3 % çox) barədə MMX-nı məlumatlandırıb. Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci …

Read More »