Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

MultimediaVilayət Eyvazov 6 rayonun sakinlərini qəbul edəcək

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən aprel ayının 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

“Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, – məlumatda qeyd edilib.

Check Also

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Xalq …