Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səfərbərlik Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Boyukmillet.com xəbər verir ki, qəbul mayın 26-da saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeyd edilib ki, qəbula yazılmaq istəyən vətəndaşların may 22-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …