Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ANAMA minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb.

Agentlikdən  bildirilib ki, minalar əsasən, keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrə, yollar, ana yollar və yol kəsişmələrinə basdırılıb.

Qeyd edilib ki, bununla yanaşı keçid və cığırlar, içməli və texniki su mənbələri, həmçinin elektrik dirəklərinin ətrafı minalarla daha çox çirkləndirilən yerlər sırasındadır.

Həmçinin minaların əsasən, bağ və meşəlik ərazilərdə, əkin sahələrində, dağıdılmış və ya sahibsiz qalmış evlərdə də basdırıldığı bildirilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …