Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.

Bəyanatdan göründüyü kimi, ABŞ Maliyyə Nazirinin müavini Türkiyədə Ukraynadakı müharibəni dəstəkləməyə yönəlmiş “ticarət və maliyyə fəaliyyətlərinin qarşısını almaq, pozmaq və araşdırmaq səylərini müzakirə edəcək”.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …