Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Zəlzələdən sonra dəmir yolunda qatarların sürəti aşağı endirilib

Azərbaycan ərazisində dekabrın 7-də səhər saatlarında baş vermiş 5.6 bal gücündə zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə  ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Check Also

Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal …