Çərşənbə , 29 May 2024
Drone Cameras

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.

Boyukmillet.com xəbər verir ki, gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.

Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

Check Also

Baş konsul: İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan çoxdur

İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan bir az çoxdur. Boyukmillet.com xəbər verir ki, …