Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 142E nömrəli şəhərətrafı (ekspres), 340, 421, 445, 446, 220, 332, 336, 442, 443, 444 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə “Report” AYNA-ya istinadən xəbər verir.

Sənədlər avqustun 27-i saat 17:00-dək Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən 142E nömrəli şəhərətrafı (ekspres) (Pirallahı qəs.- Koroğlu metro stansiyası); 340 nömrəli şəhərətrafı (Binə qəs. – Mərdəkan qəs., (Şüvəlan yolu)); 421 nömrəli şəhərətrafı (Türkan qəs. – Mərdəkan qəs. (mərkəz)); 445 nömrəli şəhərətrafı (Pirallahı qəs. – “Qala” NMM) istiqamətlərində 4 Lot üzrə sentyabrın 13-də; 446 nömrəli şəhərətrafı (Zirə qəs. – Mərdəkan qəs. (mərkəz)); 220 nömrəli şəhərətrafı (Hövsan qəs. (Hövsan şosesi, Qaz stansiyası) – Hövsan qəs. FHN Akademiyası); 332 nömrəli şəhərətrafı (Binə qəs. (“Bolluq” y/m) – Milli Aviasiya Akademiyası) istiqamətində 3 Lot üzrə sentyabrın 17-də; 336 nömrəli şəhərətrafı (Binə qəs. (Dəmiryolu stansiyası) – H.Cavid küç. (kanal)); 442 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Buzovna qəs. (Zuğulba şosesi, park)); 443 nömrəli şəhərətrafı (Qala dəmir yolu stansiyası- Mərdəkan qəs. (Şüvəlan yolu, Mərdəkan çimərliyi)); 444 nömrəli şəhərətrafı (Qala qəs. (Qala qoruğu) – Şağan qəs.) avtobus marşrutları istiqamətlərində 4 Lot üzrə sentyabrın 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …