Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Naxçıvanda yükdaşıma və sərnişin daşınması artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 95 min 400 ton yük, 27 milyon 32 min 100 sərnişin daşınıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,3 % artıb.

Həmçinin, bu ilin yanvar-iyul aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % artaraq 19 milyon 489 min 900 manat olub.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …