Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

“Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) sonra Ermənistan və Azərbaycan arasındakı ilk ticari-iqtisadi razılaşma deyil, həm də müstəqilliyin əldə edilməsindən sonra ümumiyyətlə ilkdir”, – G.Papoyan yazıb.

Check Also

Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər LƏĞV OLUNDU

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən …