Cümə , 6 Fevral 2026
Drone Cameras

Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

Ermənistanda Qərb istiqamətli resurslar aktivləşir və ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanı nüfuzdan salmağa çalışır. 

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Qərblə əlaqəli və maliyyələşdirilən qeyri-hökumət təşkilatları tərəfindən resursların aktivləşdirilməsi çox nəzərə çarpır”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, bu qurumların fəaliyyəti Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmaq məqsədi daşıyır.

Kopırkin əlavə edib ki,  Avropa İttifaqı hazırda getdikcə daha çox hərbiləşdirilmiş forma alır və respublikada açıq şəkildə anti-Rusiya siyasəti yürüdür.

Müsahibə zamanı səfir həmçinin vurğulayıb ki, Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qaldığını və təşkilata üzvlüyün dondurulması ilə bağlı heç bir müddəanın olmadığını güman edir.

Check Also

Ukrayna da SEPAH-ı terror təşkilatı kimi tanıdı: Azərbaycan bu addımı ata bilər?

Rəsmi Kiyevin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması regionda və beynəlxalq …