Çərşənbə axşamı , 24 Mart 2026
Drone Cameras

Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib

Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin 15-ci çağırışının ilk sessiyasında proqram xarakterli çıxışı zamanı bildirib ki, onun ölkəsi heç vaxt nüvə dövləti statusundan imtina etməyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

“Respublika hökuməti bundan sonra da nüvə dövləti statusunu əzmlə möhkəmləndirəcək”, – o qeyd edib.

Siyasətçinin sözlərinə görə, KXDR hakimiyyəti bunu “onların bütün antirespublika təxribat xarakterli əməllərini darmadağın etmək üçün” etmək niyyətindədir.

Kim Çen İn həmçinin hakimiyyət tərəfindən rəsmən düşmən kimi tanınan ölkənin adını çəkib.

“Xüsusən də biz Cənubi Koreyanı ən düşmən dövlət kimi qəbul edəcək, ən aydın sözlər və hərəkətlərlə onu tamamilə rədd edəcək və məhəl qoymayacağıq”, – Şimali Koreya lideri bildirib.

O əlavə edib ki, Cənubi Koreyanın KXDR-in suverenliyinə hər hansı şəkildə qəsd etmək istiqamətindəki istənilən cəhdləri dərhal və sərt cavabla nəticələnəcək.

Check Also

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı …