ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri İranın ən böyük elektrik stansiyalarından birini məhv etməyə qadirdir, lakin Vaşinqton hələlik bu addımı atmaqdan çəkinib.
Boyukmillet.com-un məlumatına görə, o, bu açıqlamanı İranla münaqişəni şərh edərkən verib.
“Biz istədiyimizi hər şeyi edə bilərik”, – Tramp deyib. Onun sözlərinə görə, ABŞ dünyanın ən böyük elektrik stansiyalarından birinə zərbə endirə bilərdi.
“Lazımi yerə bir zərbə və zavod yox olacaq. Biz bunu təxirə saldıq, çünki danışıqlar aparırıq”, – o əlavə edib.
Ağ Ev rəhbəri vəziyyətin daha çox dağıntı və itki olmadan nizamlanmasına üstünlük verdiyini vurğulayıb: “Əgər biz bunu daha çox insan itkisi olmadan edə bilsək, onda mən bunun baş verməsini istərdim”.
O, obyektin adını açıqlamayıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
