Cümə , 13 Noyabr 2026
Drone Cameras

ABŞ ordusu dronlara qarşı lazer silahının istehsalı üzrə ilk müqavilə imzalayıb

ABŞ ordusu pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqavilənin bağlandığını elan edib.

Boyukmillet.com xəbər verir ki, müqavilə Amerika şirkəti AeroVironment (AV) ilə Davamlı Yüksək Enerjili Lazer (E-HEL) proqramının bir hissəsi olaraq imzalanıb.

“Bu ilk yönləndirilmiş enerji proqramı qüvvələrimizə pilotsuz sistemləri məğlub etməyə və əvvəldən dominantlıq etməyə imkan verəcək. İnsan ixtiraçılığını qabaqcıl texnologiya ilə birləşdirmək ordumuzun Amerikanın rəqiblərini geridə qoymağa davam etməsini təmin edir”, – deyə ABŞ ordusunun Baş Qərargah rəisinin müavini general Kristofer La Neve bildirib.

Check Also

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar …