Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov Avropa ölkələrinin Rusiyaya olası hərbi müdaxiləsi ssenarisinə münasibət bildirərək kəskin xəbərdarlıq edib.
Boyukmillet.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri Moskva ilə Avropa arasında baş verə biləcək birbaşa hərbi toqquşmanın Ukraynadakı əməliyyatlardan tamamilə fərqlənəcəyini vurğulayıb.
Lavrov bəyan edib ki, Rusiya dəfələrlə Qərb dövlətlərinə qarşı hər hansı təcavüzkar planının olmadığını nümayiş etdirib: “Rusiya defələrlə bəyan edib ki, Avropaya hücum etmək niyyətində deyil və bunun üçün heç bir marağı yoxdur. Lakin əgər Avropa ölkələri Rusiyaya hücum edərsə, bu artıq tamamilə başqa bir müharibə olacaq və o çox qısa çəkəcək”.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva hər zaman dialoq tərəfdarı olub, lakin ölkənin suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə yaranacağı təqdirdə cavab tədbirləri maksimum dərəcədə kəsərli və amansız olacaq.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
