Ukrayna Rusiya ərazisində növbəti dron hücumunu həyata keçirir.
Boyukmillet.com xəbər verir ki, hücum Moskva da daxil olmaqla, bir neçə vilayəti hədəf alıb.
Hücum hədəflərindən biri Ulyanovskdakı “İskra” zavodu olub. Zavod elektron və rabitə avadanlığı üçün komponentlər istehsal edir.
Həmçinin Perm Neft Emalı Zavoduna da zərbə endirilib. Perm Neft Emalı Zavodu neft emalı həcminə görə Rusiyada yeddinci yerdədir. Avqustun sonlarında Ukraynanın pilotsuz təyyarəsinin hücumundan sonra fəaliyyətini dayandırmışdı.
Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavodu da yenidən alovlara qərq edilib.
Qubernator Dmitri Maxonin Permə hücumu təsdiqləyib. Onun sözlərinə görə, Perm diyarı sənaye müəssisəsinə basqınla müşayiət olunan kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb.
Moskva meri Sergey Sobyanin səhər saatlarında paytaxta yaxınlaşan 17 dronun vurulduğunu elan edib.
İşğal altında olan Luqanskda isə Rusiyanın hərbi anbar kimi istifadə etdiyi “Stroybat” hipermarketinə zərbə endirilib.
Hazırda hücum davam edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
