Enerji və mənzil üzrə Avropa komissarı Dan Yorqensen təchizatdakı fasilələr fonunda Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb.
Boyukmillet.com-un “Politico”ya istinadən məlumatına görə, Yorqensen bunu Aİ nazirlərinə göndərdiyi məktubda bildirib.
“Qlobal təchizatın məhdudluğu və qiymətlərin yüksək dəyişkənliyi kontekstində istehlakın azaldılması qiymətlərin tənzimlənməsi üçün təsirli vasitə ola bilər”, – məktubda deyilir.
Yorqensen nazirlərə lazımi müddət ərzində qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görmələrini təklif edib. O, həmçinin qeyd edib ki, hazırda Aİ-nin enerji təhlükəsizliyi təmin olunur.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
