Bazar ertəsi , 28 Sentyabr 2026
Drone Cameras

Kallasdan Avropaya TƏCİLİ XƏBƏRDARLIQ: “Kəşfiyyat məlumatlarına görə, Rusiya yeni təxribatlar planlaşdırır!”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Avropa ölkələrinə qarşı yeni təxribatlar hazırladığını bildirib.

Boyukmillet.com xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Avropa dövlətlərinin müdafiəyə ÜDM-in ortalama 2,2%-ni xərclədiyini, lakin Moskvadan gələn təhdidlər fonunda ayıq-sayıqlığın daha da artırılmasının vacibliyini vurğulayıb.

Kaya Kallas çıxışında Rusiya xüsusi xidmət organlarının planlarına diqqət çəkərək deyib: “Kəşfiyyat məlumatlarından görürük ki, Rusiya cəmiyyətimizi bölmək, bizi qorxutmaq və Ukraynaya köməkdən imtina etməyə məcbur etmək üçün demokratiyamıza qarşı yeni təxribatlar və hücumlar planlaşdırır. Məhz buna görə də biz bu təhdidləri nəzərə almalı və qarşı durmalıyıq. Kəşfiyyat məlumatlarını əldə etdiyimiz andan etibarən, bu hücumlar baş verməmişdən əvvəl cavab verməyə hazır olmalıyıq”.

Aİ-nin ali nümayəndəsinin bu xəbərdarlığı Avropa məkanında təhlükəsizlik tədbirlərinin, xüsusilə hibrid və kiber təhdidlərə qarşı müdafiə mexanizmlərinin daha da sertləşdiriləcəyini göstərir.

Check Also

Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Enerji və mənzil üzrə Avropa komissarı Dan Yorqensen təchizatdakı fasilələr fonunda Aİ ölkələrini qaz və …