Çərşənbə , 30 Sentyabr 2026
Drone Cameras

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər.

Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın “Rosatom”un baş direktoru Aleksey Lixaçovla İrəvanda keçirilən görüşdə aparılıb.

Bildirilib ki, “Rosatom” Ermənistana müxtəlif güc diapazonlarında, o cümlədən böyük, orta və kiçik güclü enerji blokları daxil olmaqla, sınaqdan keçirilmiş atom texnologiyaları təklif edir.

Bundan başqa, A.Lixaçov danışıqlar zamanı N.Paşinyana Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzrə işlərin birinci mərhələsinin başa çatması barədə məlumat verib.

Check Also

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib⁷

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda …