Bazar ertəsi , 12 Oktyabr 2026
Drone Cameras

ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər.

Boyukmillet.com Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, qurum rəhbərləri birgə bəyanat yayıblar.

Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ imzalayıb.

Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bəyan ediblər.

“İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaq. İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək baxımından birliyimizə və qətiyyətimizə şübhə etməməlidir”, – nazirlər vurğulayıblar.

Sentyabrın sonunda Ferford aviabazası yaxınlığında ehtimal olunan sui-qəsdlə əlaqədar terror cinayətləri törətməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

Check Also

Külli miqdarda mənimsəmədə təqsirləndirilən musiqiçiyə dair qərar ləğv edildi

Ali Məhkəmədə cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri, musiqiçi …