Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Ermənistanda müxalifətçi siyasətçi ilə bağlı MƏHKƏMƏ QƏRARI: Armen Aşotyan ev həbsində qalır

Ermənistanın Apellyasiya Antikorrupsiya Məhkəməsi Respublikaçılar Partiyasının (RPA) sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın azadlıqdan məhrum edilməsi və ev həbsi tədbirinin ləğvi ilə bağlı təqdim olunan xüsusi şikayəti rədd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ruben Melikyan öz sosial şəbəkə hesabında məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Aşotyan barəsində seçilmiş ev həbsi qətimkan tədbiri qüvvədə saxlanılıb.

Ermənistan Prokurorluğu müxalif siyasətçini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İrəvanın mərkəzində yerləşən 451,1 kvadratmetr sahəsi olan daşınmaz əmlakı və torpaq sahəsini yüksək vəzifəli şəxsin və onunla əlaqəli şəxsin fondunun mülkiyyətinə qanunsuz ötürməkdə ittiham edir.

Aşotyan və onun müdafiə tərəfi isə ittihamları qətiyyətlə rədd edərək cinayət işinin siyasi motivli olduğunu bildirirlər.

Check Also

Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev …