Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti növbəti dəfə 7 gün uzadılıb.

Boyukmillet.com xəbər verir ki, növbəti məhkəmə prosesi oktyabrın 23-də baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 26-ya çatıb, itkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.

Check Also

Ermənistanda müxalifətçi siyasətçi ilə bağlı MƏHKƏMƏ QƏRARI: Armen Aşotyan ev həbsində qalır

Ermənistanın Apellyasiya Antikorrupsiya Məhkəməsi Respublikaçılar Partiyasının (RPA) sədr müavini, keçmiş təhsil və elm naziri Armen …