Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Kiprdə saxlanılan 3 azərbaycanlı ilə bağlı QƏRAR VERİLDİ

Şimali Kiprin Girne sahillərində insan tələfatı ilə nəticələnən dəhşətli gəmi qəzası üzrə saxlanılan Azərbaycan vətəndaşları, Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti daha 7 gün uzadılıb.

Boyukmillet.con xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi oktyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, faciəvi qəza avqustun 30-da Şimali Kipr sahillərində baş verib.

Xilasetmə əməliyyatları zamanı 239 nəfər sağ çıxarılsa da, 26 nəfərin meyiti tapılıb. İtkin düşmüş daha bir sərnişinin axtarışları davam etdirilir.

Qəza ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb ki, onların da 3-ü Azərbaycan vətəndaşıdır.

Check Also

Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Oktyabrın 17-də Füzuli …