Çərşənbə axşamı , 3 Noyabr 2026
Drone Cameras

Bakı–Qazax yolunda hərəkət məhdudlaşır

Noyabrın 4-də saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, tikinti işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Check Also

Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xəzər dənizi akvatoriyası vasitəsilə həyata keçirilən beynəlxalq narkotik satışı kanalını aşkar …