Cümə axşamı , 19 Noyabr 2026
Drone Cameras

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kiloqram “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi: 24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

AQTA-dan Xezerxeber.az-a verilən məlumata görə, sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

Check Also

MƏDƏNİYYƏT HEÇ KİMİN DƏDƏSİNİN TAPULU MALI DEYİL!

FƏRHAD BƏDƏLBƏYLİDƏN NEÇƏ DƏNƏ VARSA, HAMISINA SÖZÜMÜZ VAR! Bəzi adamlar mədəniyyət üzərində sahiblik və inhisarçılıq …