Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi cəbhəboyu təxribatdan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb.
Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib.
Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.
Bundan sonra Ermənistan Müdafiə naziri David Tonoyan ölkədən qaçıb.