Çərşənbə axşamı , 3 Noyabr 2026
Drone Cameras

Almaniyadan PKK-ya tam qadağa: “Afrin bəhanəsi” keçmədi

Almaniyada PKK-ya yaxın təşkilatların himayə etdiyi Almaniya Demokratik Kürd Toplum Mərkəzinə bundan sonra nümayiş təşkil etmək üçün rəsmi icazə verilməyəcək.

Boyukmillet.com Axar.az–a istinadən xəbər verir ki, Köln polisi “Zeytun budağı” əməliyyatını bəhanə edərək Köln və Leverkuzen şəhərlərində aksiya təşkil etmək istəyən Almaniya Demokratik Kürd Toplum Mərkəzinin qarşısını alıb.

Məlumata görə, mərkəzin nümayiş keçirməsini qadağan edən Almaniya buna səbəb kimi keçirilən aksiyalarda qadağan olunmuş PKK simvollarından və qruplaşma liderlərinin şəkillərindən istifadə edilməsini göstərib.

Qeyd edək ki, kürdlərin yanvarın 27-də Kölndə keçirdiyi etiraz aksiyasında qadağan olunmuş PKK simvollarından istifadə edilməsi faktı aşkarlanmış və polis müdaxilə edərək aksiyanı dağıtmışdı. Bundan sonra fevralın 10-da keçirilməsi nəzərdə tutulan etiraz aksiyasının da qarşısı alınmışdı. (Axar.az)

 

Check Also

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir